lider-media.az

VIII “Asiya uşaqları” Oyunlarının bağlanış mərasimi olub

Baxış: 241 Tarix: 6-07-2024, 21:03

İyulun 6-da Yakutsk şəhərinin "Tuymaada" stadionunda VIII "Asiya uşaqları" Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

Lider-media.az xəbər verir ki, mərasim qaliblərin və mükafatçıların paradı ilə başlayıb.

Tədbirdə Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko, Saxa Respublikasının başçısı Aysen Nikolaev və "Asiya Uşaqları" komitəsinin prezidenti Vladimir Maksimov çıxış edib.

Bədii hissə parlaq konsert proqramı ilə davam edib.

Qeyd edək ki, iyunun 26-dan iyulun 7-dək gənc idmançılar 24 idman növü üzrə 239 medal dəsti uğrunda mübarizə aparıb. Tədbirdə 24 ölkədən, o cümlədən Rusiyadan beş komandanın idmançıları iştirak edib. Azərbaycan bu yarışda 16 növ üzrə 80 idmançı ilə təmsil olunub.

Azərbaycan idmançıları oyunlarda uğurla çıxış edərək 6 qızıl, 10 gümüş və 19 bürünc olmaqla, ümumilikdə 35 medal əldə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi