lider-media.az

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb

Baxış: 145 Tarix: 5-07-2024, 14:29

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb

Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.

Palatadan verilən məlumata görə, avudit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilmiş 66,1 milyon manat vəsaiti əhatə edib.

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb.

Hesablama Palatasının müvafiq kollegiya qərarı ilə auditin nəticələri üzrə auditor hesabatı təsdiqlənib. Hesabatda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı rəy ifadə edilib. Bununla yanaşı, düzgün təsnifləşdirilməmiş aktivlər üzrə mühasibat yazılışları verilməklə düzəlişlərin edilməsi, amortizasiya normalarının müvafiq təlimata uyğun hesablanması və qeyd olunan düzəlişlərin maliyyə hesabatlarında nəzərə alınmasının zəruriliyi bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi