lider-media.az

“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib

Baxış: 361 Tarix: 30-06-2024, 16:15

İyunun 30-da EGP arenada dizaynerlərin möhtəşəm görüşü - “Azərbaycan Dizayn Sammiti 2024” keçirilib.

Lider-media.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən sammit qlobal miqyasda innovasiyaları və mədəni mübadilələri təşviq etmək öhdəliyi daşıyır.

Beynəlxalq səviyyədə tanınan sammit 50 ölkədən sahə üzrə mütəxəssislərin diqqətini cəlb edib. 14 fərqli kateqoriya üzrə (brendinq, interyer dizayn, eksteryer, loqo dizaynı və s.) 230-dan çox layihəni özündə əks etdirən rəqabətli müsabiqənin qalibləri tədbir zamanı öz işlərini nümayiş etdirə biləcəklər. Qaliblər sayt üzərindən həyata keçiriləcək səsvermə ilə müəyyənləşəcək. Münsiflər heyəti həm Azərbaycan, həm də xaricdən seçilən tanınmış dizaynerlərdən ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi