lider-media.az

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Baxış: 238 Tarix: 29-06-2024, 06:36

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Parisin 3-cü rayonunda “Summer pop up” sənətkarlıq məkanında Kanadada yaşayan Aynur Cahanın milli motivlər əsasında hazırladığı zinət əşyalarından ibarət kolleksiyası təqdim olunub.

Lider-media.az xəbər verir ki, təqdimatda yerli ictimaiyyətin nümayəndələri və Parisdə yaşayan azərbaycanlılar iştirak ediblər.

Aynur Cahan xaricdə yaşadığı dövrdə Azərbaycanı təmsil edəcək naxışlardan ibarət kolleksiya yaratmaq arzusunda olub və 8 il əvvəl bu arzusunu reallaşdırıb. Zinət əşyaları üzərində olan naxışlar əsasən Azərbaycan xalçaları üzərində olan motivlərdir. Onun kolleksiyaları arasında üzərində Şuşada yerləşən Yuxarı Gövhər Ağa məscidindəki motivlər əks olunmuş zinət əşyaları yer alıb.

Müəllif zinət əşyaları vasitəsilə Azərbaycan, motivlərin hekayələri barədə məlumatları ötürür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi