lider-media.az

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Baxış: 520 Tarix: 24-06-2024, 23:21

DSMF beynəlxalq təşkilatın Mükəmməllik Sertifikatına layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “International Business Magazine” beynəlxalq təşkilatının müsabiqəsində uğur qazanıb.

Lider-media.az xəbər verir ki, Fondun təqdim etdiyi iş “International Business Magazine Awards” adlı beynəlxalq müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.

DSMF “Pension Fund” kateqoriyası üzrə təşkilatın Dayanıqlı Sosial Təminat Siyasəti üzrə Mükəmməllik Sertifikatına layiq görülüb.

Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki Qaliblərin Siyahısında (https://intlbm.com/award-winners-2024/#tab-475334) yer alıb.

Bununla da 2024-cü ilin ötən dövrü ərzində DSMF 16 beynəlxalq mükafatla təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi