lider-media.az

Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Baxış: 403 Tarix: 21-06-2024, 23:03

İyunun 21-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib.

Elm və Təhsil Nazirliyindən verilən  məlumata görə, qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar təhsilverənlərin sertifikatlaşdırılması, müəllimlərin yerdəyişməsi, xarici diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi