lider-media.az

Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb

Baxış: 253 Tarix: 21-06-2024, 17:48

Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

  Araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

  Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi