lider-media.az

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Baxış: 408 Tarix: 18-06-2024, 17:49

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (328 milyon manat) çox olmaqla 2 milyard 693 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, pensiya artımı istiqamətində növbəti addım kimi 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

Son 5 ayda 18,4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 121 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi