lider-media.az

İlk türk astronavt artıq kosmosda!

Baxış: 504 Tarix: 19-01-2024, 08:37

           İlk türk astronavt artıq kosmosda! 

     İlk türk astronavt Alper Gezeravcı Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq.

     Kosmos səyahət nəticəsində 13 fərqli elmi təcrübə aparılacaq. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edəcək. Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi