lider-media.az

Bakıda milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması müzakirə edilir

Baxış: 148 Tarix: 11-06-2024, 10:45

Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə yaradılan İşçi Qrupun növbəti iclası keçirilir.

Lider-Media.az xəbər verir ki, məqsəd İşçi Qrupun cari il üzrə iş planında nəzərdə tutulan tapşırıqların icra statusu, müxtəlif dövlət orqanlarının hazırlnması nəzərdə tutulan 44 milli texniki reqlamentin hazırlanması istiqamətində görülən işlərin müzakirəsi, o cümlədən həmin layihələrin hazırlanması zamanı qarşıya çıxan çətinliklər barədə fikir mübadiləsinin aparılmasıdır.

İclasda Nazirlər Kabineti, o cümlədən milli texniki reqlamentlərin hazırlanmasına və 2024-cü il üzrə "İş Planı"nda nəzərdə tutulmuş tapşırıqların icrasına məsul olan Energetika, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 100-ə yaxın nümayəndəsi iştirak edirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi