lider-media.az

DSX-nin ildırım vurması nəticəsində həlak olan əsgəri Əli Nağıyev Gəncədə dəfn edilib

Baxış: 878 Tarix: 10-06-2024, 16:49

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində iyunun 9-da ildırım vurması nəticəsində həlak olan əsgəri Əli Elşən oğlu Nağıyevlə Gəncə şəhərində keçirilən vida mərasimi başa çatıb.

Lider-media.az xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, əsgər Əli Nağıyev Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi