Bu gün Azərbaycanın xarici siyasət xəttində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dünyanın bütün regionları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində fəallığı artdıqca, xarici əlaqələri genişləndikcə, bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı da artmaqdadır. BMT-nin İqtisadi və Sosial Şurasına səs çoxluğu ilə üzv seçilməsi də Azərbaycanın artan nüfuzundan xəbər verir. Azərbaycanın 148 ölkənin səs çoxluğu ilə BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma (ECOSOC) 2025-2027-ci illər üzrə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin ifadəsidir.
ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan indiyədək iki dəfə - 2003-2005 və 2017-2019-cu illərdə ECOSOC-un üzvü olub. 54 üzvü olan ECOSOC BMT-nin əsas orqanlarından biridir.
BMT-nin fəaliyyətində inkişaf məsələsinin əhəmiyyətinin getdikcə artması, o cümlədən 2015-ci ildə qəbul edilmiş Davamlı İnkişaf Məqsədləri ECOSOC-un BMT sistemində və ümumiyyətlə beynəlxalq münasibətlərdə rolu və nüfuzunu daha da yüksəldib. Şura üzvlüyünə seçkilər BMT-nin Baş Assambleyasında regional qruplar üzrə üç il müddətinə gizli səsvermə ilə keçirilir. Hər il 18 yeni üzv seçilir. Seçilmək üçün üzv dövlətlərin ən azı üçdə ikisinin, yəni 129 dövlətin səsi tələb olunur. BMT-nin seçkili orqanlarında iştirak etməklə Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir.
2019-cu ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurasının Nyu-Yorkda keçirilən Yüksəksəviyyəli Forumunda ECOSOC-un prezidenti xanım İnqa Kinq tədbirin 2030-cu ilədək dayanıqlı inkişaf hədəflərinə töhfə verdiyini bildirib. O əlavə edib ki, hüquqların genişləndirilməsi, şəffaflıq və bərabərlik istiqamətində görülən işlər nikbinlik yaradır. ECOSOC-un prezidenti bildirib ki, dünyanın bir çox ölkələrində insanların sosial-iqtisadi problemlərin həllinə cəlb edilməsi işsizliyin və yoxsulluğun səviyyəsinin azalmasında mühüm rol oynayır. Onun sözlərinə görə, hökumətlər iqlim dəyişməsi fonunda ətraf mühitin qorunması və biomüxtəlifliyin təmin edilməsi sahələrində daha ciddi addımlar atmalıdır.
İnkişaf və əməkdaşlıq BMT-nin əsas məqsədlərindən biridir. Dünyada rifahın və əməkdaşlığın artmasının müharibələrin önlənməsi, sülh və təhlükəsizliyin möhkəmlənməsində rolu nəzərə alınaraq, BMT çərçivəsində praktiki əməkdaşlıq imkanları formalaşdırılmışdır. İnkişaf məsələləri BMT-nin yüksək səviyyəli müzakirələrində əsas vəzifə kimi qarşıya qoyulmuş və bu istiqamətdə konkret zaman çərçivələrində müəyyən hədəflərə nail olunması qərara alınmışdır. 2015-ci il BMT sammitində 2000-ci ildə başladılmış bu səylərin növbəti 15 il ərzində (2030-cu ilə qədər) davam etdirilməsi qərara alınmış və qlobal inkişafa dair bir sıra konkret hədəflər (17 "Dayanıqlı İnkişaf Məqsədi" üzrə 169 hədəf) müəyyən edilmişdir. BMT müxtəlif qurumları vasitəsilə bu sahədə beynəlxalq əməkdaşlığı təşviq edir.
Ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. Azərbaycan BMT çərçivəsində siyasi dialoqda BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir. BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir.
Azərbaycan Respublikası 2 mart 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu illər ərzində ölkəmiz BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının fəaliyyətində yaxından iştirak etmiş, təşkilatın Baş Assambleyasından ekspertlər səviyyəsindəki işçi qurumlarına qədər geniş təmsil olunmuşdur. Azərbaycanın 2012-2013-cü illər üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyü beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsində siyasi proseslərdə ölkəmizin çəkisini artırmışdır. Beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə məsul qurum olan BMT TŞ üzvlüyü zamanı Azərbaycan tərəfi həmişə beynəlxalq hüququ və ədaləti müdafiə etmişdir. Şuraya üzvlük zamanı rotasiya qaydasına əsasən Azərbaycan TŞ-yə iki dəfə sədrlik etmişdir. Birinci sədrliyimiz dövründə 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə TŞ-də "Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi" adlı yüksək səviyyəli görüş keçirilmişdir. İkinci sədrliyimiz dövründə Azərbaycan tərəfi ənənəvi olaraq sədr ölkə tərəfindən təşkil edilən yüksək səviyyəli iclası "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusuna həsr etmişdir. 28 oktyabr 2013-cü il tarixində təşkil edilən bu iclas ilk dəfə belə bir mövzuya aid edilmişdi. Əlavə olaraq, Azərbaycanın təklifi əsasında 30 may 2012-ci il tarixində "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda BMT TŞ-nin "Arria formulası" çərçivəsində qeyri-rəsmi müzakirələri təşkil olunmuşdur. Ümumilikdə, Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini vermişdir.
ECOSOC BMT əməkdaşlarının və illik maliyyə xərclərinin təqribən 70 faizi bu qurumun xətti ilə həyata keçirilir. BMT-nin Nizamnaməsinə əsasən, ECOSOC 15 BMT-nin ixtisaslaşmış təşkilatlarının, 9 funksional komissiyalarının və 5 regional komissiyaların iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirməkdə məsul olan əsas orqan kimi təsis edilib. Şura, eyni zamanda beynəlxalq, iqtisadi, sosial məsələlərin müzakirəsi, eləcə də bütövlükdə BMT sistemi və üzv dövlətlər üçün siyasi tövsiyələrin verilməsi, o cümlədən 11 BMT fondundan və BMT proqramlarından hesabat almaq üçün mərkəzi bir qurumdur. İqtisadi və Sosial Şuranın fəaliyyət dairəsinə yaşayış səviyyəsinin yaxşılaşdırılması və əhalinin tam məşğulluğu daxil olmaqla, iqtisadi və sosial tərəqqinin təşviqi, iqtisadi, sosial və səhiyyə sahəsində beynəlxalq problemlərin həlli yollarının inkişafı, mədəniyyət, təhsil sahəsində beynəlxalq əməkdaşlığın təşviqi, insan hüquqlarına və əsas azadlıqlarına ümumi hörmət üçün şəraitin yaradılması daxildir. Şura, həmçinin lazım olduqda humanitar fövqəladə hallar üçün müvəqqəti iclaslar çağırmaq səlahiyyətinə də malikdir. Şura bununla yanaşı, fəaliyyət dairəsinə daxil olan mövzularda araşdırma aparır və ya təşkil edir, bu mövzularda hesabatlar dərc olunur. İqtisadi və sosial problemlərə dair beynəlxalq konfransların hazırlanmasına və təşkilinə, eləcə də məlum qərarların icrasına kömək edir.
Belə bir beynəlxalq quruma Azərbaycan Respublikasının üçüncü dəfə üzv seçilməsi ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurların beynəlxalq səviyyədə təsdiqidir. Qeyd edək ki, BMT ilə əməkdaşlığın inkişafı istiqamətində ölkə rəhbərliyi böyük fəallıq göstərib. Həyata keçirilən əməkdaşlıq proqramları belə deməyə əsas verir ki, BMT ilə əlaqələrin böyük perspektivləri var və heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə fəaliyyəti daha da genişləndiriləcək.
Nurəngiz Adilqızı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
İlham Əliyevin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb