lider-media.az

Qəbələdə ilk dəfə qastronomiya sammiti keçiriləcək

Baxış: 1513 Tarix: 27-10-2026, 15:17

post-img

Oktyabrın 31-də Qəbələ Konqres Mərkəzində “Qəbələ qastronomiya sammiti” keçiriləcək. Sammit oktyabr ayı boyunca restoranları, fermerləri və turizm tərəfdaşlarını birləşdirən “Qəbələdə məhsul mövsümü” təşəbbüsünün davamıdır.

Beynəlxalq media nümayəndələrinin diqqətini cəlb edən proqramda “Disciples Escoffier International” təşkilatının Avropa üzrə vitse-prezidenti Lionel Strub əsas məruzəçi qismində iştirak edəcək. Xarici qastronomiya ekspertlərinin və media təmsilçilərinin iştirak edəcəyi sammit Qəbələnin beynəlxalq miqyasda tanıdılması üçün əlavə imkan yaradır. Sammit müddətində forum, eləcə də üç panel iclas təşkil olunacaq.

“Qəbələ kulinariya kolleksiyası” çərçivəsində Qəbələyə məxsus seçilmiş ənənəvi yeməklər hazırlanacaq. Sammitin yekununda “Qəbələ qastronomiya bəyannaməsi”nin imzalanması planlaşdırılır ki, bu da gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi