lider-media.az

Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir başa çatıb

Baxış: 156 Tarix: Сегодня, 13:43


Paytaxtda həyata keçirilən genişmiqyaslı yol təmiri proqramı çərçivəsində indiyədək 95 küçə və prospektdə işlər tam yekunlaşıb.  

Təmiri başa çatdırılmış yolların ümumi uzunluğu 48,7 kilometr təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, Bakı şəhərində ümumilikdə 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Qısa müddət ərzində proqram üzrə nəzərdə tutulan küçə və prospektlərin 86,4 faizində təmir işləri tamamlanıb. İndiyədək döşənmiş asfalt örtüyünün ümumi sahəsi isə 750 526 kvadratmetrə çatıb.

Təmir tədbirləri paytaxtın müxtəlif ərazilərini əhatə edir. Görülən işlər şəhərin yol infrastrukturunun yenilənməsinə, avtomobillərin hərəkət şəraitinin və yolların istismar göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.

Hazırda proqram çərçivəsində daha 15 küçə və prospektdə təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulur. Onlardan 5-də işlər davam etdirilir.

Agentliyin məlumatına əsasən, indiyədək Bakı şəhərinin bütün 12 inzibati rayonunu əhatə edən, belə geniş həcmdə asfalt örtüyünün yenilənməsini nəzərdə tutan təmir proqramı həyata keçirilməyib. Proqram başa çatdıqdan sonra paytaxt üzrə ümumilikdə 110 küçə və prospektdə yol infrastrukturu yenilənmiş olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi