lider-media.az

Çanaqqala On Səkkiz Mart Universiteti yeni təhsil modeli təqdim edib

Baxış: 389 Tarix: Сегодня, 12:32


İqlim dəyişmələri ilə mübarizə, dayanıqlı inkişaf və yaşıl texnologiyalar sahəsində fəaliyyəti ilə seçilən Çanaqqala On Səkkiz Mart Universiteti (ÇOMÜ) gələcəyin ekoloji düşüncəli liderlərini və mütəxəssislərini yetişdirmək məqsədilə hazırladığı “Yaşıl Transformasiya Təhsil Modeli”ni ictimaiyyətə təqdim edib.

Qlobal iqlim böhranı və Avropa Yaşıl Sazişi kimi beynəlxalq təşəbbüslərin tələblərinə uyğunlaşma məqsədi daşıyan bu innovativ model ali təhsildə ekoloji maarifləndirməni nəzəri biliklərlə praktiki bacarıqları birləşdirən fənlərarası tədris proqramına çevirir.
Bakıda fəaliyyət göstərən media və təhsil dairələrinin də diqqətini çəkən bu təşəbbüs Türkiyə ilə Azərbaycan arasında ali təhsil və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə töhfə verməyi hədəfləyir.

“Türk dünyası ilə birlikdə yaşıl gələcək qururuq”

Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru, professor Ramazan Cüneyt Erenoğlu “Yaşıl Transformasiya Təhsil Modeli”nin regional əhəmiyyətini dəyərləndirərək bildirib: “Dayanıqlı inkişaf artıq akademik seçim deyil, qlobal zərurətdir. 

Çanaqqala On Səkkiz Mart Universiteti olaraq hazırladığımız ‘Yaşıl Transformasiya Təhsil Modeli’ ilə məqsədimiz yalnız öz tələbələrimiz üçün deyil, dost və qardaş ölkə Azərbaycan başda olmaqla, bütün türk dünyası üçün nümunəvi ali təhsil yanaşması təqdim etməkdir.

İqlim dəyişmələri və yaşıl transformasiya kimi həyati əhəmiyyətli məsələlərdə ortaq elmi yanaşma və güclü əməkdaşlıq xüsusi önəm daşıyır. Bakıdakı dəyərli universitetlərimiz və tədqiqat institutlarımızla bərpaolunan enerji, yaşıl texnologiyalar və iqlim diplomatiyası kimi strateji sahələrdə təcrübəmizi bölüşməyə, birgə layihələr həyata keçirməyə hazırıq.

Gənclərimizi gələcəyin yaşıl iqtisadiyyatına istiqamət verəcək bilik və bacarıqlarla təmin etməklə regional inkişafa birlikdə töhfə verəcəyik”.

Əsas istiqamətlər və layihə prioritetləri

Regional və akademik əməkdaşlıq: Azərbaycan və türk dünyasının universitetləri ilə iqlim diplomatiyası, bərpaolunan enerji sahəsində təhsil, tələbə və akademik heyət mübadiləsi proqramları üzrə birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Praktiki yaşıl bacarıqlar: Dayanıqlı inkişaf üzrə təhsil proqramları, sıfır tullantı yanaşmasının tətbiqi, avtonom yaşıl texnologiyalar və bərpaolunan enerji sahələrində praktiki təlim imkanlarının yaradılması modelin əsas istiqamətlərindəndir.

Nümunəvi yaşıl kampus: ÇOMÜ-nün karbon izinin azaldılmasına, rəqəmsal və yaşıl transformasiyanın inteqrasiyasına əsaslanan kampus təcrübəsinin regional əməkdaşlıq çərçivəsində nümunə kimi təqdim edilməsi planlaşdırılır.

Çanaqqala On Səkkiz Mart Universiteti hazırladığı layihə və təhsil modelləri vasitəsilə Türkiyənin və türk dünyasının yaşıl inkişaf məqsədlərinə elmi-akademik töhfə verməyi, bu sahədə regional əməkdaşlığın genişlənməsinə dəstək göstərməyi davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi