lider-media.az

ICESCO Prezidenti İlham Əliyevə təşəkkür edib

Baxış: 166 Tarix: Сегодня, 13:45

ICESCO Prezidenti İlham Əliyevə təşəkkür etdi

ICESCO Prezident İlham Əliyevə Azərbaycanda əməkdaşlığa və tərəfdaşlığın inkişafına verdiyi dəstəyə görə təşəkkür edib.

Bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik deyib.

O, həmçinin, görüşü təşkil etdiyinə, nazirləri və beynəlxalq təşkilatları bir araya gətirdiyinə, ümumi narahatlıqları aşaraq praktiki qərarlar qəbul etmək imkanı yaratdığına görə Azərbaycanın Mədəniyyət Nazirliyinə də təşəkkür edib: “Əsas uğur həmin qərarların insanların həyatında yaradacağı dəyişikliklə ölçüləcək. Çoxtərəfli əməkdaşlığa inam azalıb, bu inamı bərpa etmək üçün götürdüyümüz öhdəliklərlə onların icrası arasındakı fərqi aradan qaldırmalıyıq. Bu, prinsiplərin ardıcıl tətbiqini və vədlərin yerinə yetirilməsində ardıcıllığı tələb edir. Ölkələrdəki qurumlarımız və icmalarımız etibarlı dəstəyə və əməkdaşlıq imkanlarına ehtiyac duyurlar. Bu baxımdan, daha güclü koordinasiya olduqca vacibdir.

Sülh quruculuğuna yönələn xərclər qlobal xalis sərvətin təxminən yarım faizi səviyyəsində ola bilər. Bu rəqəmlər müəyyən fərziyyələrə əsaslansa da, onların mesajı aydındır: münaqişələrin qarşısının alınmasına sərmayə qoymaq iqtisadi və ictimai baxımdan əhəmiyyətli nəticələr verə bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi