lider-media.az

Okeanlar yağış və quraqlığı tənzimləyən qlobal iqlim nəzarətçisidir

Tarix: 8-06-2024, 12:44

8 iyun Dünya Okeanlar Günüdür.

Ümumdünya  Okean günü hər il iyunun 8-də okeanın əhəmiyyətinin profilini yüksəltmək və dünyanı mühafizə fəaliyyəti üçün birləşdirməyə kömək etmək üçün unikal imkan yaradır. Bu təqvimin qeyd edilmə tarixi 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BMT-nin "Ətraf mühit və inkişaf" konfransında elan olunub. Əsas məqsəd bütün diqqəti bəşəriyyətin həyatında vacib rol oynayan nəhəng su hövzələrinin mühafizəsinə yönəltməkdir.

Dünya Okeanlar Günü bir çox Avropa, Cənub-Şərqi Asiya, Latın Amerikası, Avstraliya, Afrika ölkələrində, eləcə də Cənubi Asiya və Uzaq Şərqdə bayram kimi qeyd olunur. O vaxtdan bəri bayram hər il iyunun 8-də okeanlarla ən uzaq əlaqəsi belə olan hər kəs tərəfindən qeyd edilir. Bu gün ekoloqlar, ixtioloqlar nəhəng su hövzələrinin sakinlərinin hüquqlarını və sabit ekoloji vəziyyəti qorumaq üçün fəaliyyətlərini əlaqələndirirlər.

Qeyd edək ki, hər il okeanlara 8 milyon ton plastik kütlə atılır ki, bu da onun ekosisteminə 8 milyard funt sterlinq ziyan vurur. Planetimizin 361 milyon kvadratkilometr sahəsi dörd okean arasında bölünüb - Sakit, Atlantik, Hind və Şimal Buzlu. Yer səthinin 70,8 faizini okean və dənizlər, 29,2 faizini isə quru sahəsi təşkil edir. Ümumi su ehtiyatlarının 93,9 faizii okeanların payına düşür. Nəfəs aldığımız oksigenin çoxunu okeanlar istehsal edir

İnsanları və heyvanları qidalandıran okean qida zəncirinin əsasını yaratmaqla yanaşı, ətraf mühitə də təsir edir. Dünya okeanı bioloji ehtiyatlarla çox zəngindir. Okeanlarda yaşayan bütün canlılar insanın həyatında bioloji ehtiyat rolunu oynayır. Burada minlərlə növ balıqlar, digər canlılar, habelə dəniz bitkiləri həddən çoxdur. Odur ki, sağlam gələcək naminə ekoloji vəziyyətə diqqət artırılmalı, dünya ölkələri birgə səy göstərməlidir. Dünya okeanının bioehtiyatlarından hələlik yalnız balıq, bəzi dəniz heyvanları, iri fəqərəsizlər, xərçəngəbənzərlər və su bitkilərindən istifadə olunur. Praktiki olaraq okean və dənizlərin bioehtiyatlarının 67%-ni təşkil edən planktonlar istifadəsiz qalır. Okenlarda yüksək qida keyfıyyətli və insanın sağlamlığında böyük əhəmiyyətə malik molyuskalardan və su yosunlarından dünya miqyasında ərzaq kimi istifadəsinə az yer verilir. Təəssüf ki, okeanlar insan fəaliyyəti nəticəsində karbohidrogenlər, xam neft, neft məhsulları, toksiki metallar və radioaktiv maddələrlə çirkləndirilir. Okeana atılmış maddələr ən çox insanların yaşadıqları və işlədikləri yerlərə yaxın toplanır və deməli, okeanların insanlara yaxın olan əraziləri daha çox çirklənir. Nəticədə müxtəlif xəstəliklər, patoloji hallar yaranır, həm də okean cərəyanlarından əmələ gələn iqlim korlanır. Sağlam bir mühit haqqında insanların məlumatlılığı artsa da, qeyd olunanlar dünyanın okean və dənizləri üçün ciddi təhlükələrə səbəb olur.


Nurəngiz Adilqızı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi