lider-media.az

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Baxış: 1131 Tarix: Вчера, 15:07

Qabaqcıl təcrübənin öyrənilməsi, müasir yanaşmaların araşdırılması və əldə olunan praktiki biliklərin aqrar sahədə təlim və maarifləndirmə fəaliyyətlərində tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən Tovuz rayonunun yerləşən nümunəvi heyva bağına səfər edilib.

Səfər çərçivəsində heyva bağında tətbiq olunan müasir becərmə üsulları, aqrotexniki qulluq tədbirləri və təsərrüfatın idarə olunması ilə bağlı yanaşmalarla yaxından tanışlıq olub. Bağın salınması və idarə edilməsi zamanı tətbiq olunan aqrotexniki tədbirlər, ağacların inkişaf xüsusiyyətləri və məhsuldarlığın artırılmasına yönəlmiş işlər barədə məlumat verilib.

Mütəxəssislər tərəfindən bağda bitkilərin vegetasiya dövründə qulluq işlərinin düzgün təşkili, suvarma və qidalanma tədbirlərinin vaxtında aparılması, torpağın münbitliyinin qorunması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı təcrübə öyrənilib.

Həmçinin məhsuldarlığa və meyvələrin keyfiyyətinə təsir göstərən əsas amillər, bağın səmərəli idarə olunması və mövcud resurslardan düzgün istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb. Təsərrüfatda tətbiq olunan qabaqcıl yanaşmaların digər fermerlərə çatdırılması və təlim proqramlarında istifadə olunması imkanları nəzərdən keçirilib.

Səfər zamanı əldə olunan praktiki təcrübənin aqrar sahədə fəaliyyət göstərən fermerlərin maarifləndirilməsi, meyvəçilik üzrə müasir biliklərin yayılması və təsərrüfatlarda səmərəli becərmə üsullarının təşviqi baxımından əhəmiyyəti qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi