lider-media.az

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu

Baxış: 1170 Tarix: Вчера, 15:32

tayqa-kesismesine-isiqforlar-qoyuldu

Binəqədi rayonu, “Köhnə trolleybus parkı”nın yaxınlığı, “Tayqa kəsişməsi” adlanan hissədə işıqforlar quraşdırılıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, paytaxt ərazisində yeni işıqforların quraşdırılması, eləcə də zəruri ərazilərdə mövcud işıqfor obyektləri və dirəklərinin yeniləri ilə əvəzlənməsi işləri davam etdirilir.

Görülən işlər çərçivəsində Binəqədi rayonu, Səttar Bəhlulzadə və Ağasadıq Gəraybəyli küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb. Qeyd olunan kəsişmədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlıq və qəza riskləri nəzərə alınaraq, Mərkəzin əməkdaşları tərəfindən simulyasiya proqramından istifadə edilməklə təhlillər aparılıb.

Nəticədə kəsişmədə 3 ədəd “L” və 3 ədəd “A” tipli olmaqla, ümumilikdə 6 dirək üzərində nəqliyyat və piyada işıqforları quraşdırılıb. Bununla da Atatürk və Ziya Bünyadov prospektləri, habelə digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinin kəsişməyə daxil olması daha təhlükəsiz olub. Eyni zamanda, piyadaların da kəsişmədə nizamlı hərəkəti təmin olunub.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi