Daxili Qoşunların “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) sabiq komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.

Zəfər Yusibov Daxili Qoşunların İnspeksiya İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” hərbi rütbəsi alıb. Vətən müharibəsi zamanı Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.