lider-media.az

16 oktyabr – Ümumdünya Qida Günüdür

Baxış: 1186 Tarix: Вчера, 16:18

Bu il Ümumdünya Qida Günü “Bu gün yenilik yarat, sabahı bəslə” şüarı ilə qeyd olunur. Mövzu ərzaq istehsalı, saxlanması, daşınması və satışında innovasiyaların roluna diqqət çəkir.
İnnovativ yanaşmalar qida təminatının yaxşılaşdırılmasına, təbii ehtiyatların qorunmasına töhfə verir. Elm və texnologiyalarla yanaşı, fermerlərin, balıqçıların, çobanların və meşə təsərrüfatı işçilərinin bilik və təcrübəsi də dayanıqlı ərzaq sistemlərinin qurulmasında mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hər il oktyabrın 16-sı Ümumdünya Qida Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi qida təhlükəsizliyinin əhəmiyyətinə diqqət çəkmək, aclıqla mübarizəyə dəstək vermək, inklüziv və səmərəli ərzaq sistemlərinin qurulmasını təşviq etməkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi