2026-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov hakim vəzifəsinə yeni təyin edilmiş vəkillərlə görüş keçirib və onları təltif edilib. Görüş zamanı Kollegiyanın sədri yeni təyin olunmuş hakimləri salamlayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Anar Bağırov son illər məhkəmə sistemində vəkillik institutunun rolunun və vəkillərin peşəkar potensialının artmasına diqqət çəkib. Sədr Prezident İlham Əliyevin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında Kollegiyanın 8 üzvünün də yer aldığını bildirib. Bunun yüksək göstərici olduğunu qeyd edən sədr vəkillik institutunun ölkənin məhkəmə sistemi üçün də etibarlı və peşəkar kadr mənbələrindən birinə çevrildiyini xatırladıb.
VK-nın Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində təmsil olunduğunu nəzərə çatdıran Anar Bağırov hakim vəzifəsinə təyin edilmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inamını vurğulayıb. Sədr yeni hakimlərin qanunun aliliyinə, ədalət mühakiməsinin prinsiplərinə və etik davranış qaydalarına daim sadiq qalacaqlarına əminliyini ifadə edib.
Görüşün sonunda Anar Bağırov VK Rəyasət Heyətinin müvafiq qərarına əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslərə Fəxri Fərmanları təqdim edib.


“Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
VII çağırış Milli Məclisə seçilmiş deputatlarımızın siyahısı
Bələdiyyə seçkilərinin ilkin nəticələri AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakı Avrasiya investisiya və ticarət dünyasını bir araya gətirəcək
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib
16 oktyabr – Ümumdünya Qida Günüdür
ADSEA-nın sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda “Böyük Qayıdış” Proqramı çərçivəsində tibbi xidmət göstərib
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
Vətən Müharibəsi Qəhrəmanına vəzifə verilib
Azərbaycanın demoqrafik mənzərəsi: rəqəmlərin arxasında dayanan həyat
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Kənd Təsərrüfatı Nazirliyi “Fermerin Rəqəmsal Dostu” layihəsinə start verir
Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər