Heydər Əliyev Beynəlxalq Aeroportu 2026-cı il oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir. 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlər üzrə beynəlxalq reysləri əhatə edir.
Hava limanından bildirilib ki, Avropa üzrə uçuş coğrafiyasına London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava, Praqa, Belqrad və Kişineu kimi şəhərlər daxildir. Mövcud cədvələ əsasən, Bratislava istiqamətində uçuşlar oktyabrın 28-dən planlaşdırılır. Türkiyə istiqamətində İstanbul və Sabiha Gökçən hava limanlarına, həmçinin Ankara, Antalya, İzmir və Trabzona reyslər nəzərdə tutulur.
Yaxın Şərq istiqamətləri arasında Dubay, Şarja, Əbu-Dabi, Doha, Küveyt, Ər-Riyad və Ciddə yer alır. Qış aylarında istirahət planlaşdıran sərnişinlər üçün Şarm əl-Şeyx və Male istiqamətlərinə uçuşlar da mövsümi cədvələ daxildir.
Mərkəzi Asiya üzrə Almatı, Astana, Aktau, Daşkənd, Səmərqənd, Bişkek və Düşənbə kimi şəhərlərə reyslər planlaşdırılır. Cənubi və Şərqi Asiya üzrə uçuş proqramı isə Dehli, Mumbai, İslamabad, Lahor, Pekin və Urumçi istiqamətlərini əhatə edir.
Payız-qış cədvəli üzrə reyslər “Azerbaijan Airlines”, “Air Arabia”, “Air Astana”, “China Southern Airlines”, “flydubai”, “IndiGo”, “Lufthansa”, “Pegasus Airlines”, “Qatar Airways”, “Turkish Airlines”, “Uzbekistan Airways”, “Wizz Air” və digər aviaşirkətlər tərəfindən yerinə yetiriləcək.
Uçuş günləri və tezlikləri istiqamətə və mövsümün dövrünə görə fərqlənə bilər. Sərnişinlərə səfərlərini planlaşdırarkən seçdikləri tarixlər üzrə aktual cədvəli aviaşirkətlərin rəsmi kanallarından dəqiqləşdirmək tövsiyə olunur. Reyslərin cari statusu ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun airport.az/az/flights/ saytında tanış olmaq mümkündür.


Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakı Avrasiya investisiya və ticarət dünyasını bir araya gətirəcək
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib
16 oktyabr – Ümumdünya Qida Günüdür
ADSEA-nın sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda “Böyük Qayıdış” Proqramı çərçivəsində tibbi xidmət göstərib
“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar
Vətən Müharibəsi Qəhrəmanına vəzifə verilib
Vəkillər Kollegiyasının sədri yeni hakim təyin olunmuş 8 vəkili təltif edib
Azərbaycanın demoqrafik mənzərəsi: rəqəmlərin arxasında dayanan həyat
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib
Kənd Təsərrüfatı Nazirliyi “Fermerin Rəqəmsal Dostu” layihəsinə start verir
Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər