Yay mövsümünün gəlişi isti xatirələri, yeni kəşfləri və səyahət ruhunu özü ilə gətirir. Bu dövrdə sərnişinlər həm dəniz istirahəti, həm şəhər turizmi, həm də qısamüddətli “getaway” səfərləri üçün müxtəlif istiqamətlərə üstünlük verirlər. Aralıq dənizi kurortlarından Avropanın tarixi şəhərlərinə qədər uzanan marşrutlar yay aylarında ən çox seçilən səyahət variantları sırasında yer alır. Rahat uçuş imkanları, vizasız marşrutlar və fərqli istirahət təcrübələri isə səyahətçilərin seçimində əsas rol oynayır.
Yay mövsümündə artan səyahət marağını nəzərə alan Azərbaycan Hava Yolları (AZAL) sərnişin tələbatına uyğun olaraq bir sıra istiqamətlər üzrə reys proqramını genişləndirir. Xüsusilə yay aylarında yüksək tələbat müşahidə olunan dəniz və turistik marşrutlar üzrə uçuş tezliklərinin artırılması sərnişinlərə daha çevik və rahat səyahət planlaması imkanı yaradır.
Dəniz və resort istiqamətlərinə üstünlük verən səyahətçilər
Yay mövsümü əksər insanlar üçün günəşli çimərliklər, isti qum və rahat istirahət deməkdir. Tətil planlarını öncədən quran sərnişinlər bu mövsümdə daha çox dəniz kurortları və resort istiqamətlərinə maraq göstərirlər. Müxtəlif büdcələrə uyğun səyahət seçimlərinin mövcud olması isə yay tətilini daha əlçatan edir.
Azərbaycanın milli aviadaşıyıcısı yay mövsümündə sərnişinlərə geniş istiqamət seçimi təqdim edir. Aviaşirkətin marşrut şəbəkəsində Aralıq dənizi sahillərinə uçuşlar, regional istiqamətlər və vizasız marşrutlar xüsusi yer tutur.
Antalya, Batumi, Trabzon və İzmir kimi yay istirahəti üçün ən çox seçilən istiqamətlərlə yanaşı, Adriatik sahilinin məşhur kurort şəhərlərindən olan Tivat, eləcə də Şarm əl Şeyx kimi beynəlxalq turizm mərkəzləri də sərnişinlərin üstünlük verdiyi marşrutlar sırasında yer alır. AZAL-ın yay mövsümü üzrə marşrut şəbəkəsinə daxil olan istiqamətlərdən biri də Misirin Al-Alameyn şəhəridir. Aralıq dənizi sahilində yerləşən bu kurort şəhərinə reyslər 28 avqust 2026-cı il tarixinə kimi həftədə 1 dəfə icra olunacaq və sərnişinlərə yay istirahəti üçün əlavə seçim imkanı yaradacaq.
Bundan əlavə, Azərbaycan Hava Yollarının 2026-cı ilin yay mövsümü üçün yenidən açdığı Bodrum, Dalaman və Adana (Mersin) reysləri sərnişinlərin ailəvi istirahət, “all-inclusive” tətil və çimərlik təcrübəsi üçün marşrut seçimini daha da genişləndirir.
Mövsüm ərzində sözügedən şəhərlərə həyata keçiriləcək reyslərin sayı aşağıdakı kimidir:
Bodrum və Dalaman – həftədə 7 reys
Adana – həftədə 3 reys
Antalya şəhəri isə milli aviadaşıyıcının bu yay sezonunda ən çox reys həyata keçiriləcək beynəlxalq kurort istiqamətidir. Belə ki, Bakı–Antalya–Bakı marşrutu üzrə həftədə 21 reys baş tutacaq.
Şəhər turizmi üçün seçilən istiqamətlər
Dəniz istirahəti ilə yanaşı, yay aylarında şəhər turizminə maraq göstərən sərnişinlərin sayı da artır. Paris, London, Barselona, Milan, Vyana, Praqa, Berlin, İstanbul, Moskva və Sankt-Peterburq kimi şəhərlər tarix, memarlıq, incəsənət və qastronomiya təcrübələri ilə seçilir. Əvvəlki sezonlarda olduğu kimi, sözgüedən mövsümdə də İstanbul şəhəri həftədə 17 uçuş həyata keçirilməklə ən çox səyahət edilən şəhərlərdən biri olaraq qalır.
Bu istiqamətlər, eyni zamanda tək səyahət (“solo trip”), qısa müddətli şəhər səfərləri və “city-break” planlayan sərnişinlər tərəfindən ən çox üstünlük verilən marşrutlar sırasındadır. Yay festivalları, canlı şəhər atmosferi və zəngin mədəni həyat Avropa şəhərlərini mövsümün ən populyar səyahət istiqamətlərindən birinə çevirir.
Yayın ruhunu hiss etdirən təbiət marşrutları
Son illərin səyahət tendensiyaları göstərir ki, sərnişinlərin bir qismi klassik çimərlik və şəhər turizmindən fərqli olaraq təbiətə daha yaxın istiqamətlərə üstünlük verir. Sakit atmosfer, açıq hava fəaliyyətləri və təbii mənzərələr təqdim edən marşrutlar xüsusilə aktiv istirahət sevən səyahətçilərin diqqətini cəlb edir.
AZAL-ın Mərkəzi Asiya marşrut şəbəkəsinə daxil olan Almatı, Aktau, Astana, Bişkek və Səmərqənd, eləcə də Tbilisi və Batumi kimi istiqamətlər eko-turizm, yürüş (“hiking”) və açıq hava (“outdoor”) fəaliyyətləri üçün ideal seçimlər hesab olunur. Bundan əlavə, Bakı–Tbilisi–Bakı marşrutu həftədə 42 uçuşla bu sezon AZAL-ın ən çox reys icra edəcəyi beynəlxalq istiqamət olacaq.
Bununla yanaşı, Azərbaycan Hava Yollarının Qazaxıstanın Şımkent şəhərinə açdığı reyslər də aktiv istirahətə üstünlük verən səyahətçilər üçün yeni imkanlar yaradır. Şımkent reysləri 16 iyun tarixindən etibarən həftədə 3 dəfə həyata keçirilir.
Şərqin rəngləri və ekzotik marşrutlar
Fərqli mədəniyyətləri və yeni səyahət təcrübələrini kəşf etmək istəyən sərnişinlər üçün Pekin, Delhi, Mumbay, Lahor və İslamabad kimi şəhərlər yay mövsümünün diqqət çəkən istiqamətləri sırasında yer alır.
İstər dəniz sahillərində rahat istirahət, istər Avropanın canlı şəhər atmosferi, istərsə də fərqli mədəniyyətləri kəşf etmək üçün planlaşdırılan səfərlər yay mövsümündə hər bir səyahətçi üçün yeni təcrübələr və unudulmaz xatirələr vəd edir. Azərbaycanın milli aviadaşıyıcısı isə geniş marşrut şəbəkəsi və rahat uçuş imkanları ilə sərnişinlərə bu yayı dünyanın müxtəlif istiqamətlərində qarşılamaq imkanı yaradır.
Yay sezonu üzrə reys cədvəli və biletlər haqqında ətraflı məlumatı aviaşirkətin rəsmi veb səhifəsi və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb