lider-media.az

Laos Prezidenti Zəfər parkı və Fəxri xiyabanda

Baxış: 1113 Tarix: Вчера, 14:30

laos-prezidenti-zefer-parki-ve-fexri-xiyabanda

Laos Prezidenti Thonqlun Sisulit bu gün Bakıda Zəfər parkını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb .

Laos Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

***

Azərbaycanda rəsmi səfərdə olan Laos Prezidenti Thonqlun Sisulit bu gün Fəxri xiyabanı ziyarət edib.

Laos Prezidenti burada Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önünə əklil qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib.

Laos Prezidenti Thonqlun Sisulit görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə tər güllər düzüb.













OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi