lider-media.az

Kənd Təsərrüfatı Nazirliyində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Baxış: 1103 Tarix: Вчера, 15:17

Kənd Təsərrüfatı Nazirliyində Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin hakim partiyanın VIII Qurultayında verdiyi tapşırıqlara uyğun olaraq qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Nazirliyinin binasındakı büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Kənd təsərrüfatı nazirinin müavini, YAP Yasamal rayonu, Süleyman Vəzirov 91 ərazi ilk partiya təşkilatının sədri Zaur Əliyev, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında verdiyi tapşırıqlar və ölkənin qarşısında duran strateji vəzifələrdən danışıb. O, Qurultayda dövlətçilik prinsiplərinin qorunması, milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davamlılığının təmin edilməsi və ideoloji maarifləndirmə işinin müasir tələblərə uyğun qurulması ilə bağlı mühüm tapşırıqların verildiyini diqqətə çatdırıb. Azərbaycanın son illərdə siyasi, iqtisadi və hərbi sahələrdə böyük uğurlar əldə etdiyini deyən nazir müavini qarşıdakı dövr üçün mühüm vəzifə və hədəflərin müəyyənləşdirildiyini, bu məqsədə nail olunmasında ərazi ilk partiya təşkilatının üzvlərinin təşəbbüskar və nəticəyönümlü fəaliyyətinin, ölkənin hərtərəfli inkişafına töhfə verməsinin vacibliyini qeyd edib.

Zaur Əliyev kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında, regionlarda məşğulluğun təmin olunmasında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib. Bu baxımdan, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş hədəflərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummilli Lider Heydər Əliyevin ölkədə siyasi sabitliyin təmin olunmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki tarixi rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edib. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkəmizin qazandığı uğurlar uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. O, milli birliyin qorunmasının, ölkənin təhlükəsizliyinin təmin edilməsinin, gənclərin milli-mənəvi dəyərlərə və dövlətçilik prinsiplərinə bağlılığının gücləndirilməsinin vacibliyini qeyd edib.

Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin Qurultaydakı çıxışının ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesajlar ehtiva etdiyini bildirib. O, milli birliyin, azərbaycançılıq ideologiyasının və vətənpərvərlik ruhunun qorunmasının əhəmiyyətindən danışıb. İdeoloji maarifləndirmə işində formal yanaşmadan uzaq olmağın, görülən işlərin məzmununa və nəticələrinə diqqət yetirməyin, xüsusilə gənclər arasında maarifləndirmə tədbirlərini gücləndirməyin zəruriliyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə ictimai-sosial fəaliyyətlərin əlaqələndirilməsi üzrə koordinatoru, YAP Gənclər Birliyinin üzvü Nihad Allahyarlı Azərbaycanın inkişaf yolu və əldə etdiyi tarixi nailiyyətlər barədə danışıb. O bildirib ki, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası Azərbaycan gəncliyinin uzun illər arzuladığı tarixi hadisədir və bu nailiyyətlərin gələcək nəsillərə düzgün çatdırılması mühüm əhəmiyyət daşıyır.

Müşavirədə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr, ölkənin təhlükəsizliyinin və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri, ideoloji maarifləndirmənin gücləndirilməsi və gənclərlə işin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi