lider-media.az

2026-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətləri haqqında

Baxış: 1121 Tarix: Вчера, 16:08

2026-cı ilin yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3257,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz çox xidmət göstərilib. Xidmətlərin 987,1 milyon manatını (30,3 faizini) mobil telefon rabitəsi, 524,3 milyon manatını (16,1 faizini) internet, 558,8 milyon manatını (17,2 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 384,7 milyon manatını (11,8 faizini) informasiya, 802,2 milyon manatını (24,6 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 32,2 faiz, internet xidmətlərinin 21,5 faiz, informasiya xidmətlərinin 8,6 faiz, mobil telefon rabitəsi xidmətlərinin 3,3 faiz, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 4,3 faiz artıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi