lider-media.az

Pərakəndə ticarət dövriyyəsi haqqında

Baxış: 1130 Tarix: Вчера, 16:47

2026-cı ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Məhsul qruplarının adları 2026-cı ilin yanvar-sentyabr ayları, milyon manat 2026-cı ilin yanvar-sentyabr ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən
Pərakəndə ticarət dövriyyəsi 50 774,7 +3,8%
      o cümlədən:
ərzaq məhsulları
25 347,8 +1,4%
içkilər və tütün məmulatları 2 129,7 +1,3%
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6 793,2 +4,3%
elektrik malları və mebellər 2 576,0 +8,7%
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 799,2 +33,1%
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 1 386,4 +21,5%
avtomobil yanacağı 3 058,2 +4,0%
digər qeyri-ərzaq malları 8 684,2 +5,1%

2026-cı ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 549,2 manatlıq, o cümlədən 297,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 252,0 manatlıq qeyri-ərzaq malları alıb.   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi