lider-media.az

E-Polis mobil tətbiqi vasitəsilə məhkumluq haqqında arayışı bir kliklə əldə edin!

Baxış: 820 Tarix: 5-02-2024, 04:07

E-Polis mobil tətbiqi vasitəsilə məhkumluq haqqında arayışı bir kliklə əldə etmək mümkündür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunun üçün tətbiqdə “Yeni müraciətlər” bölməsinə keçid edərək, “Məhkumluq haqqında arayış” bölməsinin üzərinə toxunmaq lazımdır. Yeni müraciət üçün ilk olaraq müraciət edəcəyiniz məntəqəni seçib “Növbəti” düyməsini sıxırsınız. Burada şəxsi məlumatlarla tanış olduqdan sonra ərizəni oxudum kimi işarələyib, “Tamamla” düyməsini sıxmağınız kifayətdir.

Beləliklə, siz heç bir yerə getmədən məhkumluğa dair elektron imza ilə təsdiqlənmiş arayış əldə etmək mümkündür.

E-Polis vasitəsilə əldə olunan sənəd digər bütün qurumlar tərəfindən rəsmi sənəd kimi qəbul olunacaq.

E-Polis mobil tətbiqini “App Store” və ya “Google Play”dən yükləmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi