lider-media.az

Bu gün Azərbaycan Qran-Prisi start götürür

Baxış: 168 Tarix: Сегодня, 09:17

Bu gün Bakının sayca onuncu dəfə ev sahibliyi edəcəyi "Formula 1" Azərbaycan Qran-Prisinə start veriləcək. Yarış həftəsonu saat 10:45-də "Formula 2" üzrə sərbəst yürüşlə başlayacaq. "Formula 1"də ilk sərbəst yürüş saat 12:30-da start götürəcək. 

Daha sonra "Formula 2"də iki sıralama turu keçiriləcək. İlk yarış gününə "Formula 1" üzrə 2-ci sərbəst yürüşlə yekun vurulacaq.

Sentyabrın 25-də Formula 1 üzrə sərbəst yürüşlər, "Formula 2" üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 26-da əsas yarış baş tutacaq.

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hemilton, Corc Rassel, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.

Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk "Formula 1" yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi