lider-media.az

Prezident İlham Əliyev Ümumdünya Ticarət Təşkilatının baş direktorunu qəbul edib

Baxış: 161 Tarix: 6-06-2024, 17:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

Lider-media.az xəbər verir ki, görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olundu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi