lider-media.az

Türkiyəli səfir Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib

Baxış: 1380 Tarix: 15-09-2026, 11:04

turkiyeli-sefir-sehidler-xiyabanini-ve-turk-sehidliyini-ziyaret-etdi

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.Tədbirdə Türkiyə səfirliyinin əməkdaşları, hərbi attaşelik, müşavirlər, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.Birol Akgün mərasim çərçivəsində Türk şəhidliyinin önünə əklil qoyub, şəhid məzarlarına qərənfillər düzüb və xatirə kitabına ürək sözlərini yazıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi