lider-media.az

Şəhid Ədalət Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib

Baxış: 448 Tarix: 6-06-2024, 07:43

Birinci Qarabağ döyüşləri zamanı şəhid olan Ədalət Vilayət oğlu Abbasovun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Lider-media.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, 1970-ci ildə Daşkəsən rayon Xoşbulaq kəndində anadan olmuş Abbasov Ədalət Vilayət oğlunun nəşinin qalıqları yaxınlarının yaşadığı kəndə aparılıb.

Onun nəşinin qalıqları bu gün dəfn olunacaq.

Qeyd edək ki, Ə.Abbasov 1992-ci ildə hərbi xidmətə çağırılıb və həmin il Çıldıran uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

O, naməlum şəhid kimi Tərtər rayonunda dəfn olunan, Birinci Qarabağ döyüşlərində itkin düşmüş Azərbaycan vətəndaşlarından olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi