9 sentyabr Beynəlxalq Gözəllik Günüdür
İnsan həyatında elə dəyərlər var ki, onları nə tərəzi ilə ölçmək, nə də hər hansı meyarla qiymətləndirmək mümkündür. Gözəllik də məhz belə anlayışlardandır. O, bəzən bir baxışda, təbəssümdə, xoş sözdə, mərhəmətli davranışda, bəzən isə insanın yaratdığı sənət əsərində, təbiətin möhtəşəm mənzərəsində və doğma Vətənə bağlılığında özünü göstərir. Sentyabrın 9-u – Beynəlxalq Gözəllik Günü bizə gözəlliyin yalnız zahiri görünüşdən ibarət olmadığını bir daha xatırladır.
Beynəlxalq Gözəllik Günü Beynəlxalq Estetika və Kosmetologiya Komitəsinin – CIDESCO-nun təşəbbüsü ilə 1995-ci ildən qeyd olunur. Təşkilatın əsası 1946-cı ildə Brüsseldə qoyulub. Komitənin fəaliyyətinin əsas istiqamətlərindən biri gözəllik və spa terapiyası sahəsində peşəkar standartların formalaşdırılması, təcrübə və bilik mübadiləsinin təşviq edilməsidir.
Bu əlamətdar günün yaranması da təsadüfi deyil. XX əsrdə kosmetologiya, estetika və gözəllik sənayesi sürətlə inkişaf etməyə başlayıb, insanın xarici görünüşünə qulluq mədəniyyəti yeni mərhələyə qədəm qoyub. Lakin zaman keçdikcə gözəllik anlayışının yalnız müəyyən zahiri ölçülərlə məhdudlaşdırılmasının doğru olmadığı daha aydın şəkildə qəbul edilib. Müasir dünyada fərdilik, özünəməxsusluq və insanın daxili zənginliyi gözəlliyin ayrılmaz hissəsi kimi dəyərləndirilir.
Əslində, gözəllik insanın yalnız simasında deyil, onun xarakterində və davranışındadır. Səmimiyyət, xeyirxahlıq, vicdan, mərhəmət və başqasının sevincinə sevinə bilmək insanı gözəlləşdirən ən qiymətli xüsusiyyətlərdir. Zahiri gözəllik zamanla dəyişə bilər, lakin yaxşı əməlin, xoş sözün və nəcib davranışın yaratdığı gözəllik yaddaşlarda uzun müddət yaşayır.
Bu baxımdan Beynəlxalq Gözəllik Gününün mənası kosmetik vasitələrə və estetik görünüşə diqqət yetirməklə məhdudlaşmır. Günün əsas mahiyyətində gözəlliyə daha geniş və humanist baxış dayanır. Təbiətin qorunması, incəsənətin yaşadılması, şəhərlərin və yaşayış məkanlarının gözəlləşdirilməsi, insan münasibətlərində mehribanlıq və qarşılıqlı hörmət də gözəllik anlayışının mühüm təzahürləridir.
9 sentyabr həm də insana özündə və ətrafında olan gözəlliyi görməyi xatırladan gündür. Çünki gözəllik yalnız baxılan deyil, həm də yaradılan bir dəyərdir. Bir insanın digərinə etdiyi yaxşılıq, bir sənətkarın yaratdığı əsər, bir müəllimin şagirdinə aşıladığı elm və mənəviyyat, bir valideynin övladına verdiyi sevgi – bütün bunlar həyatın görünməyən, lakin ən qiymətli gözəllikləridir.
Bəlkə də bu günün ən böyük mesajı budur: gözəllik insanı başqasından üstün edən deyil, onu həyata, insanlara və dünyaya daha çox bağlayan mənəvi dəyərdir. Həqiqi gözəllik isə insanın üzündəki təbəssümdən daha çox, ürəyindəki işıqda görünür.
Nurəngiz Adilqızı


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Qubadlı Zəfəri: Şanlı tariximizin qürur səhifəsi
Vətən müharibəsinin 29-cu günü: Qubadlının azadlığı və diplomatiyanın sınağı
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Bakıda Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaraya həsr olunmuş konfrans keçiriləcək
MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
XƏBƏRDARLIQ
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
Prezidentin sosial şəbəkə hesablarında PAYLAŞIM
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Xalq rəssamı Fərhad Xəlilova
MICHELIN Guide Türkiyənin qastronomiya mənzərəsini gözlər önünə sərəcək - dünya səviyyəsində
F.Q.Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi təşkil olunacaq
Yeni icra başçısı kollektivə təqdim olunub
Azərbaycanın 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olması üzrə uzunmüddətli strategiya təsdiqlənib
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Vətən müharibəsinin iyirmi yeddinci günü: Qubadlıya doğru irəliləyən Zəfər yolu

Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət