lider-media.az

DSMF sədri Bakıda növbəti dəfə vətəndaş qəbulu keçirib

Baxış: 156 Tarix: Сегодня, 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev növbəti dəfə vətəndaş qəbulu keçirib.

DSMF sədri bu dəfə Fondun Aparatının Qəbul Mərkəzində vətəndaşları qəbul edib. Qəbula Bakıda və regionlarda qeydiyyatda olan vətəndaşlar gəliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədovun da iştirak etdiyi qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər isə bu dəfə pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı olub.

Müraciətlərin hər biri qeydə alınıb. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb, bir qisminin isə qanunvericiliyin tələblərinə uyğun həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıq verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi