lider-media.az

7 sentyabr — Beynəlxalq Mavi Səma Üçün Təmiz Hava Günüdür

Baxış: 1196 Tarix: Вчера, 16:51

Təmiz hava insan sağlamlığının, ətraf mühitin mühafizəsinin və dayanıqlı inkişafın əsas şərtlərindən biridir.
Hava çirkliliyi insanların sağlamlığına və həyat keyfiyyətinə mənfi təsir göstərməklə yanaşı, ekosistemlərə, iqtisadi fəaliyyətə və iqlimə də mənfi təsir edir.
Beynəlxalq Mavi Səma Üçün Təmiz Hava Günü hava çirkliliyinin qarşısının alınması istiqamətində fərdi, milli, regional və beynəlxalq səviyyələrdə birgə fəaliyyətin təşviqi üçün mühüm platformadır.
Hava keyfiyyətinin yaxşılaşdırılması, emissiyaların azaldılması, yaşıl və təmiz texnologiyaların təşviqi, enerji səmərəliliyinin artırılması və ekoloji məsuliyyətin gücləndirilməsi daha sağlam və dayanıqlı gələcəyin formalaşdırılmasına mühüm töhfə verir.
Təmiz hava naminə atılan hər bir addım sağlam gələcəyə qoyulan sərmayədir.Mavi səma, təmiz hava, sağlam gələcək naminə birlikdə hərəkət edək!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi