lider-media.az

Bakıda INTOSAI-nın Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı keçirilir

Baxış: 140 Tarix: 5-06-2024, 09:58

Bu gün Bakıda Hesablama Palatasının ev sahibliyi ilə INTOSAI-nın Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı keçirilir.

Lider-media.az xəbər verir ki, “Dövlət Borcunun qlobal çağırışlarına cavab” mövzusuna həsr olunan tədbirdə 27 ölkənin ali audit orqanı, həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı və UNCTAD təşkilatından olan ekspertlər iştirak edir.

Qeyd edək ki, toplantı zamanı beynəlxalq AAO ictimaiyyəti tərəfindən “Dövlət borcu və iqlim dəyişikliyi: seçilmiş hüquqi məsələlər”, “Borc İdarəetmə İslahatlarının Koordinasiyası və Nəzarət”, “Borc dayanıqlığı və borc dayanıqlığının qiymətləndirilməsi üzrə müxtəlif metodologiyalar haqqında anlayış”, “Dövlət borcunun dayanıqlığı və risklərin idarə edilməsi”, “Dövlət borcunun auditində AAO-ların rolu və çağırışlar” və s. mövzular ətrafında təqdimatların edilməsi, müvafiq mövzular üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

İşçi qrup dövlət borcunun düzgün idarə edilməsini və müvafiq sahədə hesabatlılığının gücləndirilməsini təşviq etmək məqsədilə ali audit orqanları üçün təlimat və digər informativ materiallar hazırlanması işini həyata keçirir. Eyni zamanda, İşçi Qrup üzvlər, tərəfdaşlar və maraqlı tərəflər arasında təcrübə, məlumat mübadiləsi və əməkdaşlıq vasitəsilə bilik və bacarıqları inkişaf etdirməkdə AAO-lara dəstək olur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi