lider-media.az

Kolumbiya Konqresi Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyanat yayıb

Tarix: 4-06-2024, 19:29

Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun üzvləri tərəfindən 28 May – Müstəqillik Günü ilə əlaqədar bəyanat yayımlanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bəyanatda Azərbaycanın Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə təbriklər çatdırılmaqla yanaşı, builki milli bayramın ərazi bütövlüyünün bərpasından sonra ilk dəfə bütün ölkəni əhatə etməsi ilə əlamətdar olmasına diqqət çəkilir, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də Ermənistanla münasibətlərin normallaşması və dayanıqlı sülhün əldə edilməsi istiqamətində Azərbaycanın səyləri alqışlanır.

Bəyanatda işğaldan azad edilmiş ərazilərdəki mina terrorunun nəticələri xüsusi vurğulanır, Kolumbiya Hökuməti və beynəlxalq ictimaiyyət Azərbaycanın həyata keçirdiyi minatəmizləmə fəaliyyətini dəstəkləməyə çağırılır.

Həmçinin COP29 tədbirinə ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizə təbriklər çatdırılır və uğurlar arzulanır.

Bəyanatın xatirələşdirilmiş nüsxəsi Boqota şəhərində Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar keçirilmiş rəsmi qəbul zamanı ölkəmizin Kolumbiyadakı səfiri Məmməd Talıbova təqdim edilib.



 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi