lider-media.az

ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olunub

Baxış: 521 Tarix: Сегодня, 11:28

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) rəqəmsal transformasiya, innovativ idarəetmə və ictimaiyyətlə kommunikasiyanın müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində yeni layihəsini təqdim edib. 

Lider-media.az ADSEA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Agentliyin süni intellekt əsaslı rəqəmsal siması Aysu həyata keçirilən layihələr, göstərilən xidmətlər, tətbiq olunan texnoloji həllər və yeniliklər barədə məlumatların ictimaiyyətə daha aydın və operativ formada çatdırılmasına xidmət edəcək. 
Aysu Agentliyin xidmətlərinin, layihələrinin və innovativ təşəbbüslərinin videoçarxlar, posterlər, məlumatlandırıcı paylaşımlar və digər kommunikasiya materialları vasitəsilə ictimaiyyətə çatdırılmasına dəstək verəcək.

Rəqamsal sima vasitəsilə su ehtiyatlarının idarə olunması, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, infrastruktur layihələrinin icrası, ekoloji dayanıqlılıq, sudan səmərəli istifadə və rəqəmsal transformasiya kimi mövzular əhatə ediləcək.
Növbəti mərhələlərdə Aysunun süni intellekt əsaslı interaktiv ünsiyyət və xidmət imkanları daha da genişləndiriləcək. Bu çərçivədə müəyyən xidmətlər üzrə sorğuların süni intellekt dəstəyi ilə birbaşa cavablandırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması və müraciətlərə baxılma müddətinin qısaldılması üçün müvafiq həllər tətbiq olunacaq.

Layihənin tətbiqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müasir texnologiyaların tətbiqinə, məlumat əsaslı idarəetmənin inkişafına və vətəndaş yönümlü xidmətlərin rəqəmsal mühitdə təkmilləşdirilməsinə verdiyi önəmin göstəricisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi