lider-media.az

Azərbaycan XİN Pakistana başsağlığı verib

Baxış: 1540 Tarix: 3-08-2026, 12:50

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib. Bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb. "Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik", - paylaşımda bildirilib. Qeyd edək ki, Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəni çöküb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi