lider-media.az

Yanvar-iyun aylarında 4400-dən çox şəxsə evlərində sosial xidmət göstərilib

Baxış: 11 687 Tarix: 30-07-2026, 16:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən bu ilin ilk yarımilində 4409 şəxs evlərində səyyar formada sosial xidmətlə təmin olunub.
Onlardan 4075 nəfəri tənha ahıl, 334 nəfəri isə əlilliyi olan şəxslərdir. Sosial xidmətçilər tərəfindən onlara gündəlik qayğı və məişət ehtiyaclarının qarşılanması, yemək hazırlanması və şəxsi gigiyenaya yardım, alış-veriş və kommunal məsələlərin həlli istiqamətində xidmətlər göstərilib.
Bu xidmətdən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıl şəxslər və tənha əlilliyi olan şəxslər yararlana bilərlər.

Sosial şəbəkələrdə də bizi izləyin:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi