lider-media.az

Yanvar-mart aylarında 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib

Baxış: 1316 Tarix: 8-04-2026, 11:13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən bu ilin ilk rübündə 4117 şəxs evlərində səyyar formada sosial xidmətlə təmin olunub.

Onlardan 3786 nəfəri tənha ahıl, 331 nəfəri isə əlilliyi olan şəxslərdir.

Sosial xidmətçilər tərəfindən onlara gündəlik qayğı və məişət ehtiyaclarının qarşılanması, yemək hazırlanması və şəxsi gigiyenaya yardım, alış-veriş və kommunal məsələlərin həlli istiqamətində xidmətlər göstərilib. 

Bu xidmətdən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıl şəxslər və tənha əlilliyi olan şəxslər yararlana bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi