lider-media.az

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub

Baxış: 1359 Tarix: 24-07-2026, 09:54

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Günay Həsənli İtaliyada Aqrar, Ətraf Mühit və Qida Elmləri və Texnologiyaları Proqramı(AƏMQET) üzrə dövlət proqramı vasitəsilə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub.

Günay Həsənli 2022-ci ildə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində İtaliyanın Bolonya Universitetində doktorantura təhsilinə başlayıb. ADA Universiteti və İtaliya-Azərbaycan Universitetinin birgə lahiyəsi çərçivəsində Bolonya Universiteti ilə tədqiqat işlərini davam etdirib.

O, aqrar, ətraf mühit və qida elmləri və texnologiyaları istiqamətində doktorantura təhsilini uğurla başa vuraraq fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb.

Hazırda Günay Həsənli Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqroservis ASC” - nin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdarə Edilməsi Mərkəzinin Vizuallaşdırma və Hesabatlılıq bölməsinin rəhbəri vəzifəsində çalışır.

Bu uğur Azərbaycan qadınının elm və təhsil sahəsində beynəlxalq səviyyədə qazandığı nailiyyətlərin daha bir nümunəsidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi