“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycanın ABŞ-dəki səfirliyinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi təşkil olunub. 12 gün davam edəcək düşərgə ADA, Xəzər və Azərbaycan Tibb universitetlərində ingilis dilində təhsil alan, yüksək akademik göstəricilərə malik 10 şəhid övladı iştirak edib.Düşərgə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun sponsorluğu və ADA Universitetinin tərəfdaşlığı ilə təşkil olunub. İyulun 22-də düşərgə iştirakçıları Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimlə görüşlər.Səfir gəncləri Vaşinqtonda görməkdən məmnunluğunu bildirərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük Zəfərdən sonra şəhid ailələrinə göstərdiyi xüsusi qayğını diqqətə çatdırıb. O qeyd edib ki, ölkə rəhbərliyinin bu diqqəti hər kəs üçün örnəkdir və böyük məsuliyyət yaradır. Şəhid övladlarının Azərbaycanın gələcəyi olduğunu vurğulayan səfir gənclərə fəaliyyətləri ilə ölkəmizin adını hər zaman uca tutmağı arzulayıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında düşərgədə iştirak edən 10 şəhid övladının Azərbaycanın aparıcı universitetlərində təhsil alan tələbələr olduğunu bildirib. S.Orucova düşərgənin təşkilində əsas məqsədin tələbələrin ABŞ təhsil sistemi ilə yaxından tanış olmaları və onların gələcək karyera inkişaflarına yol açmaq olduğunu bildirib. O, bu səfərin tələbələr üçün böyük motivasiya mənbəyi olduğunu vurğulayıb və düşərgənin onların gələcək hədəflərinə çatmasına mühüm töhfə verəcəyini qeyd edib. Daha sonra səfir Xəzər İbrahim düşərgə iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edib və birlikdə xatirə fotosu çəkdirib.
“Zəfər” Amerika Yay Düşərgəsinin iştirakçıları ABŞ-nin tarixi, incəsənəti və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Proqram daxilində gənclər Ağ Evin tarixi və ABŞ prezidentliyi institutu haqqında interaktiv məlumatların təqdim olunduğu muzeyi baş çəkiblər. Daha sonra Renvik Qalereyasında ölkənin 250 illiyinə həsr olunmuş sərgiyə baxaraq Amerika sənətkarlığının inkişaf yolunu əks etdirən eksponatlarla tanış olublar. İştirakçılar, həmçinin Lafayet meydanı və Ağ Ev ətrafında gəzinti edərək şəhərin tarixi məkanlarını gəziblər.
Səfər müddətində Vaşinqtonda fəaliyyət göstərən Amerika Tarixi Milli Muzeyi, “Smithsonian” Milli Təbiət Tarixi Muzeyi, Türkiyəyin Vaşinqtondakı səfirliyi, Vaşinqton Abidəsi, Linkoln və Tomas Cefferson memorialları, Konqres Kitabxanası, Kapitol binası və Ali Məhkəmə ziyarət edilib. Paralel olaraq tələbələr ADA Universitetinin Vaşinqton Mərkəzi, ABŞ-Azərbaycan Ticarət Palatası və bir sıra tərəfdaş universitetlərdə keçirilən görüş və təlimlərə qatılıblar. Qeyd edək ki, iyulun 26-dək davam edəcək “Zəfər” Amerika Yay Düşərgəsi şəhid övladlarının inkişafına, onların potensialının üzə çıxarılmasına və beynəlxalq təcrübə qazanmalarına yönəlmiş layihələrin davamı olaraq iştirakçılara zəngin imkanlar və bacarıqlar qazandıracaq.









ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib-YENİLƏNİB
Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir xarici investisiya cəlb etdi
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Prezidentin müsahibəsinin TAM MƏTNİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb