lider-media.az

AzQAC Xankəndi və digər bölgələrdə yaşayan erməni əsilli sakinlərin ehtiyaclarının qiymətləndirilməsini aparıb

Baxış: 285 Tarix: 3-02-2024, 14:18


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməni əsilli sakinləri ziyarət ediblər.

Cəmiyyətdən AZƏRTAC-a verilən məlumata görə, həmin görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Görüş zamanı AzQAC əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu görüş AzQAC tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib.

Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidə yerləşən ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə ikitərəfli görüş keçirilib. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri Xankəndidə göstərdikləri fəaliyyətlər barədə bizim nümayəndə heyətinə ətraflı məlumat veriblər. Daha sonra AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin əsas məqsədini onlarla bölüşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi