Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

Futbol üzrə dünya çempionatında yarımfinal cütləri müəyyənləşib. İlk yarımfinal oyununda iyulun 14-də Fransa və İspaniya yığmaları üz-üzə gələcək.İkinci yarımfinal qarşılaşması isə iyulun 15-də İngiltərə və Argentina komandaları arasında keçiriləcək. Üçüncü yer uğrunda oyun iyulun 18-də baş tutacaq. Dünya çempionatının final matçı isə iyulun 19-da keçiriləcək. Daha əvvəl İngiltərə Norveçi 2:1 hesabı ilə məğlub edib. Argentina isə əlavə vaxtda İsveçrəyə 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.