lider-media.az

Korsikada “Nazione” Partiyasının yaradılması barədə Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyasının bəyanatı

Baxış: 173 Tarix: 3-02-2024, 14:16

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyası (UPLG) Korsikanın dekolonizasiyası və müstəqilliyi məsələsini yenidən gündəmə gətirmək üçün Korsikada “Nazione” Partiyasının yaradılmasını dəstəkləyir.

2024-cü il yanvarın 28-də, bazar günü bir neçə Korsika partiyası və təşkilatı ölkələrinin müstəqilliyi məqsədilə yeni Korsika siyasi partiyası yaratmaq üçün bir araya gəlib. Korsika ərazi məclisinin seçilmiş üzvləri Korsika üçün muxtariyyət layihəsinin tərəfdarı olduqlarını və Fransa hökuməti ilə danışıqlar aparmaq istədiklərini bildirdikləri halda, yeni partiyanın üzvləri bu yolun dalana aparacağını düşünərək onun əleyhinə çıxış edirlər. Bu baxımdan onların qərarı polineziyalıların mövqeyi ilə üst-üstə düşür.

Korsika xalqının uzun illərdir apardığı mübarizəyə baxmayaraq, Fransa hakimiyyəti repressiya və qərəzli siyasətini davam etdirir. Belə ki, Fransa hakimiyyəti Korsikanın və onun xalqının mövcudluğu reallığını qəbul etmir, Korsika xalqının öz müqəddəratını müəyyənləşdirmək hüququnu tanımır.

Bütün həll yollarını araşdırdıqdan sonra Fransa prosesi ləngitmək üçün hər şeyi edir. Korsikanın ən qətiyyətli övladları buna “YOX!”, “DUR!” deyirlər. Onlar Korsikanın yenidən müstəmləkəyə çevrilməsini və əhalisinin dəyişdirilməsini qəbul etmirlər. Həmçinin onlar öz müqəddəratını müəyyənləşdirmək hüququnu həyata keçirmək haqqını tələb edirlər. Onlar bütün Korsika xalqını səfərbər olmağa, öz hüquqlarına hörmət etdirməyə və müstəqilliklərini qazanmaq üçün bütün vasitələrdən yararlanmağa çağırırlar.

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Partiyası Korsika məsələsini qaldırmaq üçün bir araya gəlmiş fəallara tam dəstəyini və suverenlik uğrunda mübarizədə həmrəyliyini ifadə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi