lider-media.az

İqtisadiyyat nazirinin birinci müavini Balakəndə vətəndaşları qəbul edib

Baxış: 1591 Tarix: 10-07-2026, 17:17

Balakəndə vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi, sosial və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi, sosial və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların hər bir müraciəti diqqətlə araşdırılıb, qaldırılan məsələlər üzrə müvafiq izahat və əsaslandırılmış cavablar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun qaydada icraata götürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi