lider-media.az

İlin birinci yarısında ölkədə sənaye istehsalının dəyəri açıqlanıb

Baxış: 1384 Tarix: 10-07-2026, 14:38

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 33 milyard 71 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilir ki, ilin birinci yarısında qeyri-neft-qaz sənayesində 10 milyard 769,6 milyon manat məhsul istehsal olunub. Bu da keçən ilin analoji dövrünə nisbətən 4,1 faiz çoxdur.

Hesabat dövründə kənd təsərrüfatı üzrə məhsul istehsalı ötən illə müqayisədə 2,2 faiz artaraq 7 milyard 85,3 milyon manat olub. Nəqliyyat və anbar təsərrüfatı xidmətləri üzrə məhsul istehsalı 8 faiz artaraq 7 milyard 817,6 milyon manat, informasiya və rabitə xidmətləri üzrə məhsul istehsalı 7,5 faiz artaraq 1 milyard 966,5 milyon manat olub.Altı ayda pərakəndə ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 32 milyard 388,8 milyon manat, əsas kapitala investisiyalar 13,8 faiz artaraq 9 milyard 295,2 milyon manat, qeyri-neft-qaz sektoru üzrə məhsul istehsalı isə 5,5 faiz artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi