lider-media.az

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə ilə bağlı növbəti təlim keçirilib

Baxış: 512 Tarix: 31-05-2024, 17:57

29–31 may tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaqın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.

  Təlimdə dinləyici kimi hakimlər, prokurorluq əməkdaşları və vergi xidmətinin müstəntiqləri iştirak edib. 

  Təlimçi qismində prokurorluq işçiləri ilə yanaşı, Maliyyə Monitorinqi və Dövlət Vergi xidmətlərinin əməkdaşlarının cəlb edildiyi təlim çərçivəsində əmlakın leqallaşdırılması ilə bağlı cinayətlərin istintaqı sahəsində metodiki tövsiyələr verilib. 

  Həmçinin, cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ətraf mühitin mühafizəsinin hüquqi əsaslarını ehtiva edən mühazirə dinlənilib.

  Təlim zamanı Cinayət Məcəlləsinin 193-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin tərkib elementləri, tövsifi aspektləri və istintaq xüsusiyyətləri, müvafiq sahədə ölkəmizdə həyata keçirilmiş dövlət proqramları, onların müsbət nəticələri, ölkə hüdudundan kənara çıxarılmış aktivlərin bərpasında beynəlxalq əməkdaşlıq, həmin çərçivədə maliyyə istintaqının aparılması və sair mövzular üzrə tədris keçirilib.

  Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi